31.12.2021
31-12-2021 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyet Evinin təşkilatçılığı ilə 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-yanvar Yeni İlin gəlişi münasibətilə Vətən Müharibəsi Şəhidi Goranboy rayon Qaraçinar kənd sakini Cəfərov Tacir Fariz oğlunun ailəsini ziyarət edib.
Şəhid ailəsi ilə görüşdə Rayon Mədəniyyət Mərkzinin əməkdaşı Elçin Tağıyev, Qaraçinar kənd Mədəniyyət Evinin əməkdaşları iştrak etmişdir.
Çıxış edən Elçin Tağıyev, Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahirə İmanova Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir dilədilər.
Bu cür ailələrlə görüşlərin keçirilməsi və ziyarət olunması Mədəniyyət Mərkəzində çalışan bütün əməkdaşların qarşıya qoyulan vəzifələrdən biri olduğu Şəhid ailəsinin diqqətinə çatdırılmışdır.
Şəhid ailəsi ilk öncə onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Bununla yanaşı Mədəniyyət sahəsində çalışan əməkdaşlara və bu cür görüşlərin keçirilməsində tapşırıqlar verən İdarə rəisinə təşəkkürlərini bildirdilər.
Sonda Şəhid Tacir Cəfərovun ailəsinə Şəhidimizin şəkli əks olunmuş xatirə foto-tablosu təqdim edilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!